Əlaqə Arxiv
news Image
2012.05.10
19:01
| A A A
Bakıda məşhur floristin fərdi sərgisi təşkil edilib – FOTO

Məşhur florist və aktrisa Suğra Bağırzadənin "Gül bayramı" münasibətiylə fərdi sərgisi düzənlənib. Movqe.Az xəbər portalının məlumatına görə, "Baku Creative Center" yaradıcılıq mərkəzinin təşkil etdiyi sərgini giriş sözü ilə açan mərkəzin rəhbəri Emin Yasinov Suğra Bağırzadə yaradıcılığını yüksək qiymətləndirərək, əl işlərinin xüsusi zövq oxşadığını vurğulayıb: "Qeyd etmək yerinə düşərdi ki, Gül bayramı münasibətiylə təşkil etmək istədiyimiz sərgi seçimi əlbəttə ki, Suğra Bağırova olmalıdır".

S.Bağırzadə də öz növbəsində fərdi sərgisinin təşkilindən böyük məmnunluğunu ifadə edib və göstərdiyi dəstəyə görə, "Baku Creative Center"ə təşəkkürünü bildirib: "İlk sərgimdir ki, bu qədər rahat, sevincli və xoşbəxtəm çünki bu sərgi üçün o qədər də əziyyət çəkmədim hər şeyi bu istedadlı gənclər etdi".

Qeyd edək ki, tədbirdə iştirak edən qonaqlar arasında əməkdar incəsənət xadimi Fəxriyyə Xələfəva da öz çıxışda səbəbkarın əl işlərini çox bəyəndiyini deyib.

Fuad Mədətov

Movqe.Az




Sizin Reklam Yeriniz