news Image
2020.02.19
19:48
| A A A
Məşhur aktyor tanınmaz halda görüntüləndi - FOTOLAR

Hollivudun əfsanəvi aktyoru Silvester Stallone tanınmaz halda kameralara tuş gəlib.

Mövqe.az xəbər verir ki, baş rolunu canlandırdığı “Samaritan” filminin çəkiliş meydanına gələn 73 yaşlı aktyor dilənçi vəziyyətində görüntülənib.

Atlanta Corciada çəkilən film supergücü olan qəhrəmanın hekayəsindən bəhs edir. Stalloneni filmdə azyaşlı ulduz Yavon Ualton müşayiət edir.

“Samaritan” 11 dekabr 2020-ci ildə mavi ekranlara gələcək.