Əlaqə Arxiv
news Image
2020.02.25
13:50
| A A A
Masallı sakinləri nazirdən hamamın bərpasını istəyiblər

Masallı rayonunun sakinləri bir sıra məsələlərlə bağlı Mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət ediblər.

Mövqe.az xəbər verir ki, sakinlər bununla bağlı müraciəti Ə.Qarayevin həmin rayonda vətəndaşlarla görüşü zamanı ünvanlayıblar.

Belə ki, qəbulda iştirak edən vətəndaşlar rayonda yerləşən tarixi hamamın təmir-bərpa olunması, tarixi abidə olan Banbaşı kənd məscidinin dam örtüyünün dəyişdirilməsi, klub müəssisələrində çalışan işçilərin attestasiyasının keçirilməsi, kitabxanaların ALİSA (mərkəzləşdirilmiş elektron kitabxana sistemi) proqramı ilə təmin olunması, uşaq musiqi məktəblərinin musiqi alətləri ilə təmin olunması, Əməkdar artist, xanəndə Sabir Mirzəyevin adının əbədiləşdirilməsi və digər məsələlərin həll olunmasını Ə.Qarayevdən istəyiblər.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Nazir bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədi ilə müvafiq tapşırıqlar verib.

Sizin Reklam Yeriniz