Əlaqə Arxiv
news Image
2020.03.18
18:15
| A A A
Serialdakı intim səhnələr çıxarıldı - Koronavirusa görə

Məşhur serialdan öpüşmə səhnələri çıxarılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Britaniyada yayımlanan "Coronation street" serialında intim səhnələrinin çəkilməsinə müəyyən müddətlik qadağa qoyulub.

ITV kanalında yayımlanan ekran işinin rejissorları aktyor və aktrisa heyətinin təhlükəsizliyi üçün əllərindən gələni etdiyini açıqlayıb.

"Aktyor və aktrisaların sevişdiyi səhnələrlə bağlı ssenarilər dəyişdirilib, yenidən yazılacaq" , - ekran işinin yaydığı məlumatda bildirilir.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 194490 nəfər yoluxub. 7893 nəfər bu virusdan ölüb, 81085 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.

Sizin Reklam Yeriniz