Əlaqə Arxiv
news Image
2020.03.23
17:56
| A A A
SANKON Xocalı Soyqırıma aid film çəkəcək
Türkiyənin Sənayeçi İş Qadınları və İş Adamları Konfederasiyasının (SANKON) dəstəyi ilə Xocalı Soyqırımına həsr olunmuş film çəkiləcək. Bu haqda SANKON-ın direktor müavini, rejissor Murat Uygur məlumat verib. Rejissor bildirib ki, 1992-ci ildə fevral ayının 26-da Xocalı şəhərində Ermənistan tərəfindən sivil Azərbaycan xalqına yaşadılan bu qırğını dünyaya unutdurmamamaq üçün SANKON şirkətinin dəstəyi ilə bu il, 2020-ci ildə film çəkmək haqqında qərar verilib. O, filmin çəkilişlərinə yaxın vaxtlarda başlanılacağını qeyd edib. Murat Uygur eyni zamanda filmin çəkilməsinin təşəbbüskarı, Türkiyəli iş adamı, SANKON-un başqanı Ferudun Cevahiroğluna təşəkkür edib. Qeyd edək ki, film Türkiyə və Azərbaycan dövlətinin səlahiyyətlilərinin iştirakı ilə ictimaiyyətə təqdim olunacaq.
Sizin Reklam Yeriniz