Əlaqə Arxiv
news Image
2013.07.10
15:08
| A A A
Uşaqların Ramazan sevinci

Ötən gün Azərbaycan Dövlət Kukla Teatrı Maştağada yerləşən "Təbəssüm" uşaq sanatoriyasında "Ramazan" ayının gəlişini imkansız uşaqlarla bir yerdə keçirib.

"Mövqe.az"ın məlumatına görə, Kukla Teatrının "Oyuq" studiyasının balaca artistiləri həmyaşıdlarına səhnəciklər göstərib, mahnılar oxuyub. Kukla Teatrının direktoru Rəşad Əhmədzadə uşaqları bayram münasibəti ilə təbrik edib, onlara xoş istirahətlər arzulayıb.

Tədbirdə sənət nümayəndələrindən Roza Zərgərli, Günay İbrahimli, Ülviyyə Əliyeva, Oksana, Ceyhun Əliyev çıxış edərək balacaları əyləndiriblər.

Sənətçilər öhdələrinə düşən vəzifələrlə bərabər mətbəxdə sanatoriya işçilərinə uşaqlara yemək hazırlamaqda kömək ediblər. Roza Zərgərli təkcə mahnı oxumaqla kifayətlənməyib, uşaqlara çox böyük qayğı göstərərək onları öz əlləri ilə yedizdirib.

Rəqqasə Oksana isə balacalara böyük jest edərək, onlara hind rəqsini oynamağı öyrədib.

Kukla teatrının balaca artistiləri Aylin, Nazim, Mirabbas, Tunar, Nigarın uşaqlara göstərdiyi səhnəciklər onların üzünə təbəssüm bəxş edib.

















                                                                           

Sizin Reklam Yeriniz