Əlaqə Arxiv
news Image
2020.05.17
10:28
| A A A
"Eurovision-2021" Rotterdamda keçiriləcək

Avropa Yayım Birliyi "Eurovision" Beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində baş tutacağını təsdiqləyib.

Mövqe.az-ın məlumatına görə, bu barədə "Europe Shine A Light" xüsusi şousu zamanı xəbər verilib.

Daha sonra yayımçılar "Eurovision Mahnı Müsabiqəsi. Rotterdam - 2021." loqotipi ilə videoçarxı nümayiş etdiriblər.

Xatırladaq ki, martın 18-də "Avroviziya 2020"nin (müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi) koronavirus pandemiyası (COVID-19) səbəbindən ləğv olunduğu elan edilmişdi. Daha sonra təşkilatçılar bildirdilər ki, iştirakçı ölkələr istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini əvəz edə və ya saxlaya bilərlər, lakin onlar artıq yeni kompozisiyalarla çıxış etməlidirlər.

Sizin Reklam Yeriniz