Əlaqə Arxiv
news Image
2013.07.17
16:04
| A A A
Azərbaycan İtaliyadakı beynəlxalq festivalda "Köç" filmi ilə təmsil olunacaq
Ölkəmiz İtaliyada keçirilən beynəlxalq festivalda "Köç" sənədli filmi ilə təmsil olunacaq

Avqustun 20-dən 25-dək İtaliyanın Neapol şəhərində VI "Faito doc Festival" beynəlxalq sənədli filmlər festivalı keçiriləcək.

 

Mövqe.az-ın məlumatına görə, festivalda Azərbaycan Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmayılovun "Köç" sənədli filmi ilə təmsil olunacaq.


30-dan çox ölkədən rejissorların iştirak edəcəkləri festivalın əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə və qavranılmasına yardım göstərmək, eləcə də Asiya ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdan ibarətdir.

 

Tədbir gənc rejissorlara filmlərini münsiflər heyətinə göstərmək, eləcə də Avropanın kino sahəsindəki yenilikləri ilə tanış olmaq imkanı yaradacaq. Festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdiriləcək.

 

"Köç" filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir. Ekran əsərində Azərbaycanda bütün ömrü boyu heyvandarlıqla məşğul olan, yaylaqlardan qışlaqlara və əks istiqamətə köç edən insanların çətin və maraqlı taleyi işıqlandırılıb. 2010-cu ildə Azərbaycanın "DS film" studiyasında istehsal olunan filmin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb.

Sizin Reklam Yeriniz