Əlaqə Arxiv
news Image
2020.06.01
13:54
| A A A
BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi 1 iyunla bağlı kompozisiya hazırlayıb
Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb.
Mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Rəqsanə Əsədova və Aslan Əzimzadənin ifasında “Deyirəm uşaqlar heç ağlamasın” mahnısı və Jurnalistika fakültəsinin tələbəsi Rəşad İmanov və Hüquq fakültəsinin tələbəsi Firavan Əlizadənin təqdimatında "Körpə gülüşü - Sevinc Himni" adlı kompozisiya səsləndirilib. Kompozisiyanın ideya və mətn müəllifi Universitetin əməkdaşı Nigar Qayyumdur.
Ədəbi-musiqili kompozisiya BDU TV-nin texniki dəstəyi ilə hazırlanıb.
https://www.youtube.com/watch?v=u39K7eZIQpk&feature=youtu.be&fbclid=IwAR1AxGvjzSEVEtyYGlYzuHi-Zlvekut7Km9QIOGo9fbImecuzUs3AK5_2mQ
https://www.youtube.com/watch?v=WSVMC2p1Erk&feature=youtu.be&fbclid=IwAR1wRvstQxeHcC_TJ0wJqnjS-SOVVoBtlNjn8agKmquMFHkcwyHuaRE-3X0
Sizin Reklam Yeriniz