Əlaqə Arxiv
news Image
2020.06.09
19:25
| A A A
"Səs Azərbaycan"a qeydiyyat başlayır

İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəmizdə yayım lisenziyasına sahib olduğu məşhur “The Voice” vokal yarışmasının böyüklər üçün olan versiyası “Səs Azərbaycan”nın qeydiyyatına başlayır.

Şirkətdən bildirilib ki, dünyanın ən çox müzakirə olunan vokal şousunda iştirak etmək istəyən və istedadına güvənən, yaşı 16-65 aralığında olan hər kəs öz ifasını video formatında çəkib (051) 255 44 44 nömrəsinə “whatsapp” vasitəsilə göndərə və ya www.itv.az saytında müvafiq bölməyə yükləyərək qatıla bilər.

Sizin Reklam Yeriniz