Əlaqə Arxiv
news Image
2020.06.16
18:10
| A A A
Azərbaycanlı musiqiçinin vəziyyəti ağırlaşıb - "Bir həftə vaxtımız var" - FOTO

Nağaraçı Zöhrab Məmmədovun səhhətində ciddi problem yaranıb.

Mövqe.az axşam.az-a istinadən bildirir ki, 73 yaşlı musiqiçinin müalicəsi üçün maddi yardıma ehtiyacı var.

Nağaraçının yaxınları bununla bağlı "Facebook"da yardım kampaniyasına başlayıblar. Onlar musiqiçinin bir həftə vaxtı qaldığını vurğulayıblar.

"Mümkün qədər paylaşın. Bir həftəmiz var. Bir insanın həyatını xilas edək. Məşhur azərbaycanlı nağaraçı Zöhrab Məmmədovun təcili köməyə ehtiyacı var. O, 73 yaşındadır. Bir həftə əvvəl yemək yeməyi dayandırıb, ancaq su istəyir. Ayaqları tutulub, çox kəskin arıqlayıb, taqətsizləşib, çətinliklə danışır", - paylaşımda qeyd edilib.

Şəkərli diabetdən əziyyət çəkən musiqiçi çoxlu qan itirir, eyni zamanda ağciyərləri və bağırsaqları ilə bağlı ciddi problemlər yaşayır.

Sizin Reklam Yeriniz