Əlaqə Arxiv
news Image
2020.07.01
15:02
| A A A
Mədəniyyət Nazirliyində yoxlama aparılır? – Rəsmi

Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb.

Mövqe.az xəbər verir ki, bu, Mədəniyyət Nazirliyinin yayılan iddialarla bağlı açıqlamasında qeyd olunub.

Açıqlamada qeyd edilir ki, Hesablama Palatası 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində nazirliyin və tabe müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparıb:

"Rəsmi olaraq bildiririk ki, hal-hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır".

Xatırladaq ki, mətbuatda yayılan xəbərlərdə Hesablama Palatasının sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş etdiyi bildirilirdi.

Qeyd edək ki, bir müddət öncə DTX-nin Mədəniyyət Nazirliyində apardığı əməliyyat tədbirləri nəticəsində nazir müavini və idarə rəisləri rüşvət alarkən həbs olunublar.

Sizin Reklam Yeriniz