Məşhur aktyor koronavirusdan öldü
"Vəhşi qızılgül" serialı ilə tanınan meksikalı aktyor Raymundo Kapetilyo koronavirusdan vəfat edib.
Mövqe.az axşam.az-a istinadən bildirir ki, 76 yaşlı aktyor Meksikadakı xəstəxanaya yerləşdirildikdən 8 gün sonra vəfat edib.
Qeyd edək ki, Raymundo "Mənim qara bacım üçün ağ qızılgül", "İtalyan evlənir", "Viviana", "Ana yoldaş", "Qadın - Real həyatdan hallar", "Xuan İris", "Sehrli gənclik", "Marisol" kimi film və seriallarda da rol alıb.