Əlaqə Arxiv
news Image
2020.07.21
16:32
| A A A
Vikipediyada İrəvan xanlığı haqqında özbək dilində bölmə yaradılıb (FOTO)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə qədim Azərbaycan dövləti İrəvan xanlığı haqqında Vikipediya Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

Mövqe.az xəbər verir ki, məlumatda Nadir şah Əfşarın vəfatı və Əfşarlar dövlətinin süqutundan sonra Çuxursəəd bəylərbəyliyinin əsasında yaranmış Mərkəzi şəhəri Azərbaycanın qədim tarixi şəhəri olan İrəvan olan Azərbaycan dövlətinin tarixinə geniş nəzər salınır. Qeyd olunur ki, Azərbaycan xanlıqlarından biri və 1747–1828-ci illərdə mövcud olmuş tarixi feodal dövləti olan İrəvan xanlığının əsasının XVIII əsrin ortalarında Mirmehdi xan tərəfindən qoyulub.

Materialda Azərbaycan dövləti olan İrəvan xanlığının 1827-ci il oktyabrın 6-da ruslar tərəfindən işğal edildiyi, 1828-ci il fevralın 10-da isə Türkmənçay sülh müqaviləsi ilə bu istilanın möhkəmləndiyi və bundan sonra Yaxın və Orta Şərqdə yaşayan erməni əhalisinin Cənubi Qafqaza, xanlığın ərazisinə köçürüldüyü qeyd olunur.

Xanlığın qədim tarixi, habelə ona rəhbərlik etmiş xanların dövrünün əks olunduğu bölmədə İrəvan xanlığının dövlət quruluşu, inzibati ərazi bölgüsü, ordusu, mədəniyyəti, memarlığı, abidələri, elm, təhsil, mədəniyyət, iqtisadiyyatı öz əksini tapmışdır.
Bölmədə xanlıq əhalisinin 1828-1832-ci illərə qədər etnik tərkibinə nəzər salınır, qeyd olunur ki, 134.646 nəfər İrəvan xanlığının əhalisinin mütləq çoxluğunu - 99.609 nəfərini Azərbaycan türkləri təşkil edir, lakin sonradan süni yolla bu ərazilərə ermənilərin köçürülməsi nəticəsində regionun etnik tərkibinin dəyişdirildiyi tarixi faktlarla öz əksini tapır.

Yaradılmış “Iravan xonligi” bölməsində zəngin ədəbiyyat siyahısı verilmişdir ki, burada Azərbaycan, rus və ingili dillərində nəşrlər verilmişdir. Özbək dilində yaradılmış İrəvan xanlığı haqqında bölmə ilə BURADAN tanış olmaq mümkündür.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli, sistemli şəkildə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.

Sizin Reklam Yeriniz