news Image
2013.08.02
12:02
| A A A
"Sarı gəlin-qızılı saçlı gəlin…" Almaniya televiziyasında göstərilib

Sənədli film "TV Berlin" telekanalında nümayiş etdirilib

Almaniyanın "TV Berlin" telekanalında Azərbaycanda caz ənənələrindən, eləcə də, cazın muğamla sintezindən bəhs edən "Sarı gəlin-qızılı saçlı gəlin. Azərbaycanda caz-muğam" sənədli filmi nümayiş etdirilib.


Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, alman rejissor Klaus Bernhart-ın çəkdiyi filmdə Azərbaycanda caz və muğam musiqisinin tarixindən bəhs edilir, görkəmli sənətkarlar Alim Qasımov, Salman Qəmbərov, Rain Sultanov, Fərhad Bədəlbəyli və İsfar Sarabski ilə müsahibələr təqdim olunur.


Xəbərdə deyilir ki, "Sarı gəlin" xalq mahnısını ilk dəfə Almaniya teleməkanına çıxaran filmdə həm də ölkənin tarixi və mədəniyyəti haqqında ümumi məlumat verilir. Musiqi beşiyi - Şuşanın Azərbaycanın musiqi həyatındakı yeri xüsusi vurğulanır və görkəmli Azərbaycan musiqiçilərinin vətəni olan Dağlıq Qarabağ bölgəsinin hazırda Ermənistan işğalı altında olması qeyd olunur.


Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Almaniyanın "Das apartment TV" şirkəti və Azərbaycanın "Salnamə" studiyasının birgə istehsalı və "Alman-Azərbaycan Forumu", Almaniyanın E-ON şirkəti, ARDNŞ və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə ərsəyə gəlib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs