news Image
2013.08.02
16:23
| A A A
Biznesdən uzaq düşən kino sənayemiz
Rasim Balayev: «Sənət əsəri yaratmaq lazımdır, onu da bizimkilər bacarmırlar» MüşfiqHətəmov: «Müəyyən zaman çərçivəsində biz də lazımı işləri görüb, bu sahəni inkişaf etdirib, biznesə çevirə biləcəyik»

Avqustun 2-ni kino günü kimi qeyd etsək də, hal-hazırda Azərbaycan filminin inkişafı o qədər də ürək açan deyil. Məlumat üçün qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust ölkəmizdə Milli Kino Günü kimi qeyd olunur. Filmlərimizin inkişafı üçün dövlət dəstəyi onların inkişafına kömək ola bilmir. Hələ də filmlərimiz dünya arenasına çıxa bilmir. Bu sektorda olan problemlər bununla bitmir. Dünyanın əksər ölkələrində filmlər biznes sahəsinə çevrilib. Bizdə isə sərmayə sərf olunub, filmlər çəkilsə də tamaşaçı auditoriyası qazana bilmir. Mövqe.az olaraq məsələnin səbəblərini araşdırmaq qərarına gəldik.


Xalq artisti, aktyor Rasim Balayev bizimlə razılaşdı: "Kinoya kinoteatrda baxmağın ləzzəti daha özəldir, başqadır. Bütün dünyada film sahəsi ən gəlirli biznes mənbəyidir. Amma bizdə bunu edə bilmirlər də... Bizim rejissorlar, ssenaristlər güclü deyil. Aktyorluq burda heç nə yoxdur. Aktyorlarımız kifayət qədərdir. Həm də aktyor plastilin kimi bir şeydir. Necə istəsə, rejissor ondan o istədiyini ala bilər. Əsas rejissor problemidir. Həm yaxşı əsərlər də indi heç yoxdur. Bir sözlə zamanın nəbzini tuta bilmirlər. Deyirlər ki, guya internet geniş yayılıb, disklər, kasetlər var. Ona görə də, kinoteatra gələn-gedən yoxdur. Amma ABŞ-da bəs necə olur filmlərə maraq azalmır?! Əksinə günü-gündən artır. Sənət əsəri yaratmaq lazımdır. Onu da bizimkilər bacarmırlar. Əfsus...".


"Azərbaycanfilm"kinostudiyasınındirektoruMüşfiqHətəmov da çox ciddi məsələyə toxunduğumuzu etiraf edir: "Biz bu məsələlərə çox diqqət edirik. Bu gün kino günü ilə əlaqədar olaraq 37 rayonda ilk dəfə olaraq film göstərilir. Siz çox düzgün və əsas məsələ ortaya qoymusunuz. Kino biznesə çevrilsə, bunun özü də sənət rəqabəti yaradacaq, sabah hamı deməyəcək ki, mən film çəkirəm. Kino mexanizminin işləməməsində əsas rol oynayan amil bölgələrdə kinoteatrların olmamasıdır. Bu səbəb kino sənətinin inkişafına çox pis təsir göstərir. Bu problemi tək biz yox, bütün sovetlər birliyi yaşayıb. Müəyyən zaman çərçivəsində biz də lazımı işləri görüb, bu sahəni inkişaf etdirib, biznesə çevirə biləcəyik".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs