Əlaqə Arxiv
news Image
2013.08.15
12:00
| A A A
“Eurovision”nın rəsmi saytında fanlar üçün maraqlı bölmə açılıb
"Eurovision" mahnı müsabiqəsinin rəsmi saytında pərəstişkarların fikirlərinə xüsusi yer ayrılıb. 

Mövqe.az  xəbər verir ki, yarışmanın rəsmi saytında "Bizə danış görək, "Eurovision" sənin üçün nə deməkdir?" yazısı yer alıb. Burada pərəstişkarlar öz fikirlərini sayt vasitəsilə bölüşə bilərlər.

Artıq mahnı müsabiqəsinin saytında çoxsaylı pərəstişkarların yazıları yer alıb. Onların içərisində yarışmanı canlı olaraq ilk dəfə 2012-ci ilin may ayında Bakıda izlədiyini yazan kanadalı fan Stefani Sakzava da var.

"Eurovision" mahnı müsabiqəsinin rəsmi saytında, həmçinin 2012-ci il Bakıda keçirilən yarışmada pərəstişkarların əks olunduğu şəkil də yer alıb.

Sizin Reklam Yeriniz