news Image
2013.08.22
11:31
| A A A
Vəfa Zeynalova: " Mən tamaşaçını məcbur edəcəm ki, mənim sənətimə hörmət etsin"-ÖZƏL
Mövqe.az-ın məlumatına görə, bir neçə dəqiqə öncə APA TV-nin "Səhər-səhər" verlişində qonaq olan Vəfa Zeynalova tamaşaçılardan gileyləndi: " Bu günki tamaşaçı hər şey istəyir. Ancaq bunun üçün o, heç nə vermir, heç nə etmək istəmir. Bu gün tamaşaçı çox aqressivdir. Baxmamış kinonu, tamaşanı müzakirə etmək olmaz. Öz məhsulumuza amansız, ifrat dərəcədə pis və tənqidlə  yanaşırlar. Həyatda heç nəyə nail olmayan, heç nə əldə edə bilməyən insanlar təhqirlər yazırlar və həmin düşüncəli bir qrup insanlar da bu fikirlərə dəstək olurlar. Sonra da adını qoyurlar ki, xalq belə fikirləşir, belə düşünür. Xeyr, bu xalq deyil. Xalqın adından danışmaq olmaz. Təbii ki, sözüm bütün tamaşaçılara aid deyil. Qətiyyən bu tip fikirlər məni həvəsdən salmır. Artıq öyrəncəliyəm. Ancaq mən tamaşaçını məcbur edəcəm ki, mənim sənətimə hörmət etsin.


Verliş zamanı aparıcı Ramalın " Bəlkə "İlahi məxluq" filminin tanıtımına, piarına görə sizi özünüz də bilmədən qurban verdilər" sualına Vəfa Zeynalova belə cavab verdi: " Mən bilmirəm bu həqiqətənmi belədir, ya yox. Ancaq elədirsə onlar üçün çox ayıb olsun. Onsuzda bu piar onların piarı olmadı. Yaxşı və ya pis mənada bu piar mənim piarım oldu. Ancaq mənə belə qara piar lazım deyildi və deyil. Əgər mənim reklama ehtiyacım olsaydı Macarıstanda " Gənclər festifal"ında ermənilərin qondarma Qarabağ bayraqlarını yerə endirməyimi bütün KİV vasitələrinə deyərdim. Amma mən bunu etmədim. Çünki hesab etdim ki, bu mənim sadəcə vətəndaşlıq borcumdur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs