news Image
2013.08.26
12:23
| A A A
Aktyorlarımızın Hollivuda bağlı yolları
Fəhruz Şamıyev: «Hollivuda getmək üçün bizim insanların əlində pulu yoxdur»

Fuad Poladov: "Bəlkə də Azərbaycanda elə aktyor var ki, Hollivuda gedə və orada filmə çəkilə bilər"

Mehriban Xanlarova: "Bəlkə kimsə nəyinisə satıb, gedər Hollivuda..."

Bu gün müasir dünyaca məhşur Hollivudda heç ABŞ-dan olmayan aktyorların sayı kifayət qədərdir. Onların Hollivuda uzanan yolu ilə isə öz sayələrində mümkün olub. Azərbaycandan isə nədənsə belə aktyorlara rast gəlinmir. "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin sədri və "START" Beynəlxalq Tələbə Filmləri Festivalının direktoruFəhruz Şamıyev Mövqe.az-a açıqlamasında məsələ ilə bağlı bildirir: "Birinci olaraq onu qeyd edim ki,xarici aktyorların, əsasən də, onların 99 faizi xristian ölkələrindən olan insanlardır. Onlara da evdən çıxıb macəra axtarmaq lazımdır. Məqsədlərinə nail olmaq üçün onlar hətta ac-susuz da qala bilərlər. Təki istəklərinə nail olsunlar. Bu, onlar üçün heç bir halda problem yaratmır, müşkülə çevrilmir. Amma biz azerbaycanlıyıq və biz evdən 10 kilometr aralı düşən kimi bütün nəslimizin, valideynlərimizin bizi özündən kənara buraxmağa gücü çatmır. İkinci əsas səbəb isə Hollivuda getmək üçün bizim insanların əlində pulu yoxdur. Bizim aktyorların maliyyə imkanları zəifdir. Orada gedib oxumaq, işləmək üçün böyük məbləğdə maddi imkan lazımdır. Sonra isə iradə lazımdır..."

Fəhruz Şamıyev bizim aktyor və aktrisaların Hollivud rejissorlarına göstərəcək rolunun olmamasından şikayətləndi: " Biz çox balaca ölkəyik. Bizim aktyorların gərək 100 nəfəri ora getsin ki, bəlkə onların arasından biri seçilsin. Düşündürücü məqam ondan ibarətdir ki, imkanlı aktyorlarımızın istedadları nə qədərdir?! Həm də, onu da vurğulayım ki, bəlkə bizim aktyor xərc çəkib ora getsə, onu Hollivud rejissoru bəyənməyəcək, qəbul etməyəcək. Yəni, aktyorun özünə inamı da hədsiz olmalıdır. Bəs görəsən bizim aktyorlar özlərinin təqdimatı üçün gərəkən hansı işlərini ordakı rejissora, prodüserə təklif edəcəklər?! "

Xalq artisti, aktyor Fuad Poladov isə sualımızı gülüşlə qarşıladı: "Bəlkə də Azərbaycanda elə aktyor var ki, Hollivuda gedə bilər və orada filmə çəkilə bilər. Ancaq mən şəxsən gedə bilmərəm".

Əməkdar artist, aktrisa Mehriban Xanlarova isə bildirir: "Nəyə görə axı bizim aktyor və ya aktrisalar öz maddi hesabına xaricdə filmlərə çəkilməlidir? Bəlkə də hansısa aktyor və aktrisalar çəkilər. Ancaq mən öz cibimdən xərc çəkib gedib hansısa ölkəyə filmə çəkilmərəm. Bizim rejissorlar onların hər hansı bir aktyor, aktrisasını və ya müğənnisini Bakıya gətirəndə necə xərc çəkirlər, yüksək qonarar verirlər? Biz kimdən əksiyik?! Amma bizim aktyorlar xarici filmlərə çəkiləndə istəyirlər elə az qonarar versinlər. Pulumuzu çox kəsirlər. Səbəbini bilmirəm, lakin onu deyə bilərəm ki, bizim də aktyor truppası yumruq kimi bir olsa, istər bizim, istərsə də, xarici rejissorlar onlara yaxşı qonarar da verərlər, kinoya çəkilmələri üçün yalvararlar da... Təəssüf ki, birimiz çəkilməsək, həmin rola ehtiyac üzündən digəri çəkiləcək. Buna görə də istər mən, istərsə də, digər aktrisa sənəti aktyorluq olduğu üçün bəzən kiçik qonararla da razılaşmalı olur. Ancaq rejissorlar bizdən də artıq qazanırlar. İstər arvadlarının, istərsə də özlərinin hər bir növ ehtiyaclarını qarşılayırlar. Onu da qeyd edim ki, aktyor və aktrisalar özlərinə, sənətlərinə, potensialına güvənirlərsə, heç vaxt öz hesabına harasa gedib, çəkilməzlər. Bəlkə kimsə nəyinisə satıb, gedər Hollivuda... Ancaq mən öz hesabıma yenə də deyirəm getmərəm və çəkilmərəm. Mənim bir aktrisa kimi əsəbim, göz yaşım, canım gedəcək və əvəzində də heç nə almayacağamsa, mən nə edirəm o rolu və ya Hollivudda çəkilməyi?! ".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs