news Image
2013.08.26
16:02
| A A A
Cizgi filmlərindən olan narazılıq səngimir
Arif Məhərrəmov: «Sovet dövründən sonra bizdə bu sahədə kadr yetişməyib»

Fariz Əhmədov: "Azərbaycanda peşəkar animatorların yaşı 60-dən yuxarı başlayır və bu mütəxəssislər barmaqla sayılacaq qədərdir"

Bu günvalideynlərin narazılıq predmetiən çevrilən məsələlərdən biri cizgi filmləri ilə bağlıdır. Yerli cizgi filmlərinin sayının çox az olması, əcnəbilərlə müqayisədə keyfiyyət məsələsi böyük əksəriyyətin narazılığı ilə müşayiət olunur. Məsələyə münasibət bildirən cizgi filmlərində rəssam və rejissor Arif Məhərrəmov Mövqe.az-a açıqlamasında bildirir: "Əgər bu gün valideynlər bizim cizgi filmlərin hər hansı bir əxlaq kodeksinə uyumsuzluğundan danışırlarsa, bu yalandır və bizim çəkdiyimiz cizgi filmlərdə uşaqların yaş həddi, uşaqlığı, psixologiyası və s. bu kimi məsələlər nəzərə alınır. Allah bilir, o uşaqlar hansı xarici cizgi filmlərinə baxırlar? Bizim ekranlarda elə xarici cizgi filmlərini göstərirlər ki! Heç özümüz çəkənləri efirə buraxan yoxdur".

A. Məhərrəmov  öz məhsulumuz olan cizgi filmlərinin göstərilməməsi səbəbini keyfiyyət zəifliyində görmədi: "Bizim öz çəkdiyimiz cizgi filmlərini göstərsələr, gərək Müəllif Hüquqları Agentliyi və ya rejissorlara televiziya kanalları pul köçürsünlər. Amma xarici cizgi filmlərini göstərən zaman adi kasset və ya diskdir, alıb taxırlar və nümayiş etdirirlər".

"Azərbaycanda çəkilən cizgi filmlərini necə qiymətləndirisiniz" sualına rejissor M. Arif  belə cavab verdi: " Bu gün bizdə uşaqlar üçün çəkilən o tip filmlər arasında orta səviyyəli filmlər var. Ancaq bizdə kadr problemi var.  Sovet dövründən sonra bizdə bu sahədə kadr yetişməyib. Maddi imkanlarımız çox zəifdir. Bu sahədə inkişaf və bu sahədə olanlara diqqət, qayğı yoxdur. Yaxşı cizgi filmlərinin çəkilməsi üçün yaxşı da maliyyə dəstəyi olmalıdır".

10 ilə yaxındır ki, sırf uşaqlar üçün fəaliyyət göstərən və milli cizgi filmlərimizi çəkən şirkətlərdən olan  "Azanfilm"  studiyasının bədii rəhbəri Fariz Əhmədov öz məhsulumuz sayılan cizgi filmlərimiz haqqında Mövqe.az-a  bunlaır bildirib:  "Bir neçə il bundan öncə də Azərbaycanda və ya dünyanın çox ölkələrində keyfiyyətli cizgi filmlər ilə yanaşı, keyfiyyətsizləri də çəkilib. Dünyanın əksər ölkələrində bu proses gedib. Bu gün biz də də həmin proses gedir. Ümumiyyətlə isə, tamaşaçı zövqü müxtəlifdir. Birinin xoşuna gələn film digərinə absurd bir şey kimi görünə bilər"

F. Əhmədov "Azanfilm"in daxilində bu məsələ iəl bağlı senzura olduğunu qeyd etdi: "Bizdə daxildə senzura var. Biz əxlaqdan kənar və ya uşaqlara aid olmayan heç bir şey çəkib göstərə bilmərik. Onu da qeyd edim ki, bizim cizgi filmlərdə zorakılıq, açıq səhnələr, erotik görüntülər, vulqar sözlər, söyüşlər qətiyyən olmur. Biz 10 ilə yaxındır sırf uşaqlar üçün fəaliyyət göstəririk və streotiplərə mütləq şəkildə  əməl edirik.

 "Siçan-pişik", "Cırtdan" və s. bu kimi uğurlu cizgi filmlərimiz var. Televiziya kanalları da tez-tez nümayiş etdirirlər. Qaldı ki, uğursuz alınan cizgi filmlərinə, bu da təbii ki, məlum səbəblər ucbatından olur. İnsan faktorları burda mühüm əhəmiyyət kəsb edir. Elə insanlar var ki, ilk işidir, debüt edir, eləsi var animator problemi yaşayır. Bu sektorda  kadr problemi var. Bu sahədə heç bir məktəb, universitet kadr yetişdirmir. Azərbaycanda peşəkar animatorların yaşı 60-dən yuxarı başlayır. Və bu mütəxəssislər barmaqla sayılacaq qədərdir. 5-6 mütəxəssislə də ildə 10 cizgi filmi istehsal edə bilmərik. Gələn cavanlar isə şagird kimi gəlib, nəsə öyrənməyə cəhd edirlər. Yəni, problemlər çoxdur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs