news Image
2013.08.29
13:14
| A A A
Seriallarda peşəkar aktyorlar hələ də azlıqdadır
Həmidə Ömərova: «Deyə bilmərəm ki, rejissorlar hansı səbəbdən peşəkarlara öz seriallarında az yer ayırırlar»

Yasin Qarayev: "İndi serial çəkən rejissorlar peşəkarlara qəti müraciət etmirlər"

Son dövrlərdə Azərbaycan teleserial çəkilişi geniş vüsət alsa da, buradapeşəkaraktyorlaraçoxazrastgəlinir. Təbiiki, bu da seriala, onu səviyyəsinətəsirgöstərənamillərsırasındayeralır. Mövqe.az-a açıqlamasındaməsələyəmünasibətbildirənxalq artisti, tanınmış aktrisa Həmidə Ömərova qeyd edir: "Serialları çəkən mən olmadığım üçün deyə bilmərəm ki, rejissorlar hansı səbəbdən peşəkarlara öz seriallarında az yer ayırırlar. Ancaq mən özüm hl-hazırda bir neçə seriala dəvət almışam və danışıqlar aparıram. Ancaq aktyor da öz maddi marağının lazımınca təmin olunması üçün çalışmalıdır. Ssenaridən və roldan da çox şey aslıdır. Gənclərə geniş yer vermək lazımdır. Amma peşəkarları da bu işə cəlb etməyi unutmaq olmaz. Qətiyyən... "

Əməkdar artist, aktyor Yasin Qarayev isə bildirir: "Ümumiyyətlə, demək olar ki, indi serial çəkən rejissorlar peşəkarlara qəti müraciət etmirlər. Siz dediyiniz kimi, söhbət  peşəkarlıqdan gedirsə, sənət nümunəsi peşəkar insanların toplusundan yaranır. Onlar sizlərin peşəkar saydığlarınızı ,,köhnəlmiş'' hesab edirlər. "Cılızlaşmış metod''nu müasirlik sayırlar. Düşünürəm əsas səbəblərdən biri də budur".

"Bəlkə peşəkarlar daha çox qonarar tələb edir?" sualına isə aktyor elə bir misalla cavab verdi: "Sizə sadə bir misal çəkim. Şəkər, qənd, bal... Üçü də şirindir. Amma neyləmək olar ki, bal daha  bahadır".

 

 

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs