Əlaqə Arxiv
news Image
2013.08.30
17:55
| A A A
Televiziya və teatr biri-birindən ayrı düşüb
Ramiz Həsənoğlu: «Sadəcə televiziya kanalı ilə teatr rəhbərliyi arasında danışıqlar getməlidir»

Nadir Diridağlı: "Özəl televiziyalar bunu etmir, dövlət televiziyasının da fondu var və artıq bu məsələ ilə maraqlanmağa ehtiyac duymur"


Əvvəlki illərdən fərqli olaraq bu gün ölkədə teletamaşalara daha az rast gəlinir. Bunu əsas səbəblərindən biri isə artıq teatrların telekanallarla da sıx əməkdaşlıq etməməsidir. Halbuki, belə əməkdaşlıq həm teatr tamaşalarının daha geniş auditoriyaya ünvanlanmasına, həm də televiziyanın tamaşaçılarının sayının artmasına səbəb olmaq iqtidarındadır. Mövzu ilə bağlı Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən taninmiş teatr, kino və televiziya rejissoru, xalq artisti Ramiz Həsənoğlu qeyd edir: "Tamaşalarımız teatrda yayımlanan zaman çəkilir. Ancaq mütəmadi efirə verilmir. İstər Gənc Tamaşaçılar Teatrı, istər Musiqili komediya Teatrında yeni tamaşa yayımlanırsa, teatrın rəhbərliyin razılığı ilə televiziya kanalları böyük məmnuniyyətlə bunu çəkib, göstərə bilərlər. Özü də təkcə AZTV yox, bütün kanallar bu cür tamaşaları yayımlamaq istərlər. Sadəcə televiziya kanalı ilə teatr rəhbərliyi arasında danışıqlar getməlidir. Birbaşa teatrdan canlı olaraq tamaşalar yayımlana bilməz. Canlı efirdə müəyyən nöqsanlar, səhvlər qaçılmazdır. Texniki parametrlərin yerində olması üçün məşq , xüsusi hazırlıq lazımdır. Tamaşanın texniki hazırlığı, işıqları elə səviyyədə olmalıdır ki, televiziyanı qane etsin".

Ssenarist, rejissor Nadir Diridağlı isə bildirir: "Teatrlarda olan yeni tamaşaları Azərbaycan Dövlət Televiziyasi bazar günləri və ya altıncı günlər çəkib, nümayiş etdirirdi. Bazar günləri həftədə 2 saat tamaşa saatları olurdu ki, həmin tamaşalar nümayiş olunurdu. Premyeralar gedirdi. Daha çox Akademik Milli Dram teatrının tamaşaları verilirdi. Televiziya rejissorları özləri də hər hansı bir əsəri götürüb, onun tamaşasını hazırlayırdılar. Bu da televiziyanın öz məhsulu kimi qiymətləndirilirdi. O vaxt ədəbi bədii redaksiyavar idi ki, bu cür işlər o redaksiyanın üzərinə düşürdü.

Televiziya teatrın hər hansı hazırladığı tamaşanı çəkirdi və montaj etdikdən sonra efirə verirdi. İndi isə bu ənənə yoxdur. Özəl televiziyalar bunu etmir, dövlət televiziyasının da fondu var və artıq bu məsələ ilə maraqlanmağa ehtiyac duymur. Amma qeyd edim ki, bu iş çox böyük maddi gəlir tələb edirdi. O dövrlərdə AZTV-ni daha çox televiziya tamaşaları təmsil edirdi. Bu gün daha çox fondlarda olan tamaşalar Sovet dövründə ekranlaşdırılıb. O zaman seriallar, kinolar və kanallar yox idi. Tamaşaçı ədəbi dram verlişlərə baxırdı və ancaq bu tamaşaları izləyə bilirdi. Ədəbi dram verlişlər televiziyanın bel sütünu sayılırdı və bu verlişlər ədəbiyyatdan, mədəniyyətdən daha çox tamaşalar çəkib, yayımlamaqla məşğul olurdu. İndi isə hər şərait yaradılır. İnkişaf gedir. O zamankı dövrdə AZTV-də yayımlanan 80% tamaşaların quruluşçu rejissoru Ramiz Həsənoğlu idi. Buna göə də fondda olan tamaşaların böyük qismi onun adı ilə bağlı idi".


Sizin Reklam Yeriniz