Əlaqə Arxiv
news Image
2012.04.03
20:05
| A A A
"Toy barədə düşünmürəm"
"Hələ ki, tərəddüdümüz var". Hazırda Bakıda olan Günel şəxsi həyatı ilə bağlı danışıb. Neçə aydır türk vətəndaşı ilə nişanlı olan və bu ilin yayında nikaha daxil olacaq azəri sənətçi, deyəsən, fikrində tərəddüd yaşayır. Onunla söhbətimizdən bəlli oldu ki, əslində, münasibətlərində problem yoxdur. Sadəcə, bir-birilərini daha yaxından tanımaları üçün zamana ehtiyac var: "Mən sənətçiyəm, səfərlərim, yaradıcılıq işlərim olur. Bu səbəbdən nişanlımla tez-tez görüşə bilmirəm. Zaman tapdıqca görüşür, iç dünyamızı öyrənməyə çalışırıq. Toyun bu ilin yayında olacağı açıqlanmışdı. Amma hələ ki, tərəddüdümüz var. Çalışırıq, bir-birimizi daha yaxından tanıyaq. Mən ailə münasibətinin dəyərini bilmək və buna tələsərək qərar vermək istəmirəm", - deyən Günel hər iki ailənin də onlar kimi düşündüyünü bildirdi. Sənətçi qərarlarının yaxın gələcəkdə qətiləşəcəyini söylədi.
Sizin Reklam Yeriniz