Əlaqə Arxiv
news Image
2012.04.03
20:07
| A A A
31 mart soyqırımı " Əcəl atı" ilə anılacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tamaşa nümayiş etdiriləcək. Teatrdan verilən xəbərə görə, Azərbaycan xalqına qarşı amansızlıqla törədilmiş soyqırımın qurbanları yazıçı-publisist Vaqif Əlixanlının "Hardasan oğul" əsəri əsasında səhnələşdirilən "Əcəl atı" tamaşası ilə anılacaq. Yüksək vətənpərvərlik ruhunda səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rejissoru Sərvər Əliyev, rəqslərin və plastik hərəkətlərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində rolları əməkdar artistlər Qəmər Məmmədova, Rahib Əliyev, Gülər Nəbiyeva, Vahid Əliyev, aktyorlar Şəfəq Əliyeva, Xalidə Şərifova, Sona Babayeva, Yasəmən Məmmədova, Hüsniyyə Əhmədova, Məhərrəm Musayev, Sərvər Əliyev, Sabir Məlikov, Elşən Çarhanlı, Zemfira Əbdülsəməd, Ədalət Əbdülsəməd, Kərəm Hadızadə, Qədirhüseyn İsmayılov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Vahid Orucoğlu, Fidan Abbasova canlandıracaqlar.

Tamaşa kəskin konfliktlər, dramatik məqamlar, maraqlı epizodlar üzərində qurulub. Qorxudulan əhali doğma yurd-yuvalarını qoyub qaçmağa hazırlaşır. Kəndin ağbirçəyi Sədəf qarının insanları geri qaytarmaq istəyi baş tutmur. Sədəf qarıdan başqa heç kimin gözünə görünməyən yəhər-yüyənli əcəl atı sonda kənddə yalqız qalan qarını özü ilə aparır.
Sizin Reklam Yeriniz