Əlaqə Arxiv
news Image
2012.05.16
20:18
| A A A
AFİŞA - “Keçmişdən gələcəyə mədəni irs” adlı sərgi keçiriləcək

Movqe.Az xəbər verir ki, bu il mayın 23-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ve Baku Creative Center-in təşkilatçılığı, AR Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə "Keçmişdən gələcəyə mədəni irs" adlı rəngkarlıq, qrafika və heykəltəraşlıq sərgisi açılacaq."Keçmişdən gələcəyə mədəni irs" adlı sərgi keçiriləcək.

MİRAS İctimai Birliyinin Sərgi və Dizayn Şöbəsinin rəhbəri Vüqar Quliyevin verdiyi məlumata görə, sərgidə Azərbaycanın tanınmış rəssamları Rasim Babayev, Qorxmaz Əfəndiyev, Kamal Əhməd, Bəyim Hacızadə, Maral Rəhmanzadə, Tofiq Ağababayev, Mir Nadir Zeynalov, Zahid Hüseynov , Sahib Quliyev, Zakir Hüseynov, Əmrulla İsrafilov, İntiqam Ağa, Vüqar Əli, Fərhad Yalquzaq, Emin Əsgərov, Anar Hüseynzadə ilə yanaşı, gənc rəssamların əsərləri də nümayiş olunacaq. Belə ki, sənətdə öz sözlərini demiş yaşlı nəsil rəssamların Azərbaycan incəsənətinə verdiyi tohfələr gənc nəsil ucun bir mirasdir. MİRAS İB gələcəkdə də belə sərgilər təşkil etməyi planlaşdırır.

MİRAS İctimai Birliyinin bu sərgini təşkil etməkdə məqsədi rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərini geniş tamaşaçı kütləsinə təqdim etmək, eyni zamanda şəhərimizə turistlərin gəlişinin intensivləşdiyi bir vaxtda onların da diqqətini Azərbaycan incəsənətinin bu sahəsinə cəlb etməkdir.

Sərginin açılışı mayın 23-ü saat 19:00-da Baku Creative Center-də (Həsən Abdullayev 6, Axundov bağının yanı) baş tutacaq. Sərgi 3 gün davam edəcək.


Sizin Reklam Yeriniz