Əlaqə Arxiv
news Image
2013.09.23
17:58
| A A A
İtalyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operası Azərbaycanda

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində GUAM ölkələri vokalçılarının iştirakı ilə görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcək.


Tamaşa V Beynəlxalq Üzeyir Hacıbəyli festivalı çərçivəsində baş tutacaq. Opera bəstəkarın 200 illik yubileyinə həsr edilib.


Tamaşada Aida partiyasını Ukrayna Milli operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların Sloveniyada keçirilən Ondina Otta adına beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatı və qızıl medalının sahibi Viktoriya Çenskaya, Radames rolunu Gürcüstanın Xalq Artisti, professor Teymuraz Ququşvili, Amneris partiyasını Əməkdar Artist Səbinə Vahabzadə ifa edəcəklər.


Tamaşada həmçinin Azərbaycanın Xalq Artisti Əli Əsgərov, Moldovanın Xalq Artisti Petru Rakovitse və b. çıxış edəcəklər.


Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.


Sizin Reklam Yeriniz