Əlaqə Arxiv
news Image
2012.05.21
16:38
| A A A
Qədim muğam sənətinin gənc səsləri tamaşaçıların marağına səbəb oldu - FOTOSESSİYA
Gənc xanəndə İlkin Əhmədov konsert proqramında iştirak etmədi


Dünən Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı ilə Beynəlxalq Muğam Mərkəzində "Qədim muğam sənətinin gənc səsləri" adlı konsert proqramı keçirildi. Movqe.Az xəbər portalının məlumatına görə, konsert proqramında gənc xanəndələr Nişanə Baxışova, Könül Tağıyeva, Mirələm Mirələmov, Səbinə Ərəbli çıxış etdilər. Onlar səhnəyə ayrı-ayrılıqda çıxaraq, təsniflər, bəstəkar mahnıları və muğamdan parçalar ifa etdilər. Konsertin sonunda isə adıçəkilən gənc xanəndələr "Qarabağ şikəstəsi"ni birlikdə ifa etdilər ki, bu da tamaşaçıların səs-küylü alqışlarına səbəb oldu.

Ümumiyyətlə, yüksək səviyyədə keçirilən konsert proqramı həm səbəbkarların, həm də tamaşaçıların ürəyincə idi.

Konsert proqramında gənc xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi altında "Buta" instrumental ansamblı müşayiət edirdi.

Gənc xanəndələri izləməyə gələnlər arasında əməkdar artist Zabit Nəbizadə, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, xalq artisti,tarzən Firuz Əliyev və şair, filologiya elmləri doktoru, professorVüqar Əhməd iştirak edirdilər.

Konsert proqramından sonra gənc xanəndə Nişanə Baxışova Movqe.Az-a konsertlə bağlı təəssüratlarından danışdı: "Çox gözəl, çox əla və yüksək səviyyədə konsert oldu. Düzdür, səhnəyə ilk çıxanda həyəcanlı idim, sonra rahat oldum. Konsertin gözəlliyinin biri də həmkarlarımın milli geyimdə olmasıdır. Üzərimdə görüdüyünüz paltar özümə məxsusdur.

Bundan başqa, özümüz ifa edəcəyimiz mahnıları seçimişik. Tarzən Rövşən Qurbanov bunu bizim özümüzə həvalə etdi ki, nə istəyirsinizsə, onu da ifa edin və nəticədə də çox gözəl alındı. Bir sözlə, belə bir konsertin davamı olacaq. Axırıcı deyil, axarıncı olacaq!"

Qeyd edək ki, konsert proqramında gənc xanəndə İlkin Əhmədov da iştirak etməli idi. Amma konsert zamanı öyrəndik ki, İ.Əhmədov səhhəti ilə bağlı konsertə gələ bilməyib.

Fuad Mədətov

Movqe.Az














Sizin Reklam Yeriniz