Əlaqə Arxiv
news Image
2013.10.24
13:25
| A A A
“Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək” layihəsinə start verildi

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi "Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək" layihəsinə start verib. Bunu "Movqe.az"-a açıqlamasında Mərkəzin rəhbəri Fehruz Şamıyev bildirib. Onun sözlərinə görə layihə çərçivəsində kino və televiziya prodüseri ixtisası üzrə üç aylıq ödənişsiz kurslar təşkil olunacaq:"Son illər bu sahədəki işlərdən, mütəxəssislərin müsahibələrindən və kino ictimaiyyəti arasında apardığımız kiçik sorğulardan belə nəticəyə gəldik ki, audiovizual sahədə prodüser üzrə kadrlar demək olar ki, yox dərəcəsindədir. Hətta regionlarda xüsusilə regional televiziyalarda bu, ən başlıca problemdir. Audiovizual sahə daha çox Bakıda yaşayan gənclərin marağındadır. Bu da ondan irəli gəlir ki, sözügedən istiqamətdə fəaliyyət göstərən böyük şirkətlər məhz Bakıdadır. Amma unutmaq olmaz ki, regionlarda da prodüser eləcə də digər bu kimi ixtisaslar üzrə istedadlı gənclər var. Gözəl hadisələr uydurmaq, maraqlı hekayələr yazmağı hətta ucqar dağ kəndində də yaşayan hansısa gənc bacara bilər. Sadəcə o məhz bu sahədə savadsız və məlumatsız olduğu üçün öz istedadını lazımı yerlərə təqdim edə bilmir. Düşünürəm ki, "Gənc kinematoqraf" layihəsi bu tip gənclərə öz istedadlarını nümayiş etdirməyə imkan yaradacaq".


Qeyd edək ki, Lənkəran və Bakı şəhərində yaşayan və kurslarda iştirak etmək istəyən hər kəs öz CV-lərini 30 oktyabr tarixinə qədər [email protected] ünvanına göndərə bilər.


Əlavə məlumat üçün: (055) 639 52 27, (050) 282 78 48

Sizin Reklam Yeriniz