news Image
2012.05.29
13:27
| A A A
28 May Respublika Günü münasibətiylə bayram konserti keçirilib - FOTOSESSİYA

Movqe.Az xəbər verir ki, dünən 28 May Respublika Günü münasibətiylə Heydər Əliyev Sarayında bayram konserti keçirilib. "Vətənimdir Azərbaycan" adlı bayram tədbirində ölkənin ən tanınmış sənətçiləri iştirak ediblər. Konsert proqramı 2 saat davam edib.

Konsertdə xalq artisti Faiq Ağayev, əməkdar artistlər Aygün Hümbətova, Cavanşir Məmmədov, Firuzə İbadova, Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Nüşabə Ələsgərli, Elnur Məmmədov, Ayaz Qasımov, Səfurə Əlizadə, Xəyyam Nisanov, Sevda Yəhyayeva, Nicat Məhərrəmov, Rəşad İlyasov, "Şeron" qrupu, Zamiq Hüseynov, Nurlan Növrəsli, Ramal İsrafilov, Murad Sadıx, "Asiman" rəqs ansamblı çıxış ediblər.

Konsert zamanı Aygün Hümbətovanın çıxışı xüsusi marağa səbəb olub. Müğənninin tamaşaçıların arasında ifası alqışlarla yadda qalıb. Konsertə xalq artisti Faiq Ağayev yekun vurub.

Qeyd edək ki, saray rəhbərliyi tərəfindən əlillərə, əqli qüsurlu şəxslərə, şəhid ailələrinə xüsusi diqqət ayrılaraq, konsertə dəvət olunublar.

Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

Fuad Mədətov

Movqe.Az