news Image
2014.02.11
19:49
| A A A
Millət vəkili Zəlimxan Yaquba kitab həsr etdi

Azərbaycan MEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun xalq şairi Zəlimxan Yaqub haqqında yazdığı kitab işıq üzü görüb. Movqe.az-ın məlumatına görə, xalq şairi, müasir Azərbaycan, ümumən türk dünyası poeziyasının parlaq nümayəndələrindən biri olan, Azərbaycan poeziyasını əzbərdən bilən, onu səmimiyyətlə təbliğ etməkdən doymayan və özü də bu poeziyanın ən gözəl örnəklərini yaradan Zəlimxan Yaqubun həyat və yaradıcılığına həsr olunmuş məqalələrin toplandığı kitab genişmiqyaslı ədəbi, ictimai və siyasi-ideoloji fəaliyyətinə ehtiramın məhsuludur. Nizami Cəfərov xalq şairi haqda yazır: "Dahi sələflərə mükəmməl istedadla (və ləyaqətlə!) xələflik edən Zəlimxan Yaqubun xalq arasında qeyri-adi populyarlığı təsadüfi deyil. Çünki o, mənsub olduğu millətin ruhundan qopmuş, təbiətindən – mentalitetindən doğulmuş mütəfəkkir sənətkarlardandır". Qeyd edək ki, "Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın redaktoru Dəyanət Osmanlıdır.