news Image
2012.06.12
12:48
| A A A
Nazir Ə. Qarayev “Eurovision-2012” ilə əlaqədar Azərbaycana gələn turistlərin sayını açıqlayıb
“Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan sərhədini 15 gün müddətində 103 min insan keçib. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.


Nazir deyib ki, müsabiqə ilə əlaqədar Azərbaycana səfər edən "Eurovision" təmsilçiləri və nümayəndə heyətlərinin sayı təxminən 6-7 min nəfər olub: "Adətən 15 gün müddətində Azərbaycana gələnlərin ümumi sayı 30-40 mindən çox olmur. "Eurovision" ərəfəsində isə bu rəqəm 100 min nəfərdən çox olub. Buradan belə nəticə çıxara bilərik ki, turizm məqsədilə Azərbaycana gələn insanların sayı 50 mindən çoxdur. Bu insanlar "Eurovision"u izləmək, bu sevinci yerində yaşamaq üçün Azərbaycana gəliblər, bununla da ölkəmizə gələn turistlərin sayı artıb. "Eurovision"un çox böyük uğurla keçirilməsi gələcəkdə Azərbaycana gələn turistlərin sayının artmasına böyük təkan verəcək".

Nazirin sözlərinə görə, 57-ci "Eurovision" yarışması zamanı Azərbaycana nəqliyyatı daha rahat və birbaşa uçuş olan ölkələrdən insanlar gəlib: "Sözsüz, burada nəqliyyatın rahat olması, birbaşa uçuşun olması faktoru böyük rol oynayır. Rusiya, Gürcüstan, İran, Orta Asiya respublikaları və Türkiyədən Azərbaycana daha çox insan gəlib. Bununla belə, Avropa ölkələrindən, hətta ABŞ-dan da xüsusi qruplar Azərbaycana səfər edib".

E.F.N

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs