Əlaqə Arxiv
news Image
2014.03.06
11:00
| A A A
"Çoxmillətli Murmansk" Azərbaycan mədəniyyəti nümayiş olundu

Ötən gün Murmansk vilayyəti diyarşunaslıq muzeyində "Çoxmillətli Murmansk" sərgisi açılıb. Ümumrusiya Azərbaycan Konqresinin Murmansk regional şöbəsinin sədri Afil Hüseynovun bildirdiyinə görə, bu cür sərgilər 2005-ci ildən etibarən hər il keçirilərək böyük marağa səbəb olur.

20-ə yaxın milli-mədəni birliklərin nümayəndələri sərgidə öz mədəniyyətlərini nümayiş etdiriblər. Buraya Zapolyaryan 20-dən artıq milli diasporlarının mədəniyyətini təsvir edərək, onlara aid milli geyimlər, təsviri incəsənət əşyaları və foto şəkillər nümayiş edilibdir. Burada əks olunan hər bir eksponat bir tarixdir. Nəinki milli tarix hətta ailə tarixidir.

Muzey sərgisinin materiallarına əsasən ekskursiyalar, milli-mədəni birləşmə nümayəndələri ilə görüşlər və yaradıcılıq gecələri təşkil olunur.

Qeyd edək ki, ÜAK nəinki Rusiyada, hətta dünyada ən böyük Azərbaycan ictimai təşkilatlardan biridir. Hazırda Konqresin şöbələri Rusiya Federasiyasının 70-dən artıq subyektində təmsil olunaraq yüz minlərlə həmvətənlilərimizi ictimai fəaliyyətə cəlb edir. Sərgi 1 aprel 2014-cü il tarixinədək davam edəcək.


"Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri,  Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü  Əlihüseyn Şükürov




Sizin Reklam Yeriniz