Əlaqə Arxiv
news Image
2012.06.25
17:12
| A A A
13 il əvvəl oğurlanan büst tapıldı
Movqe.Az  bildirir ki, Fransız heykəltəraş Auguste Rodinin 13 il əvvəl muzeydən oğurlanan büstü bir antikvarçının yük maşınında tapılıb. Rəsmilər, Lyon bölgəsində edilən soyğunlarla əlaqədar olaraq polisin izlədiyi antikvarçının Loire bölgəsindəki Montbrison şəhərində nəzarətə alındığını açıqlayıb. Rodinin sevgilisi Kamille Klaudel tərəfindən düzəldilən uzunluğu 58,5 santimetr  və ağırlığı təxminən 8 kiloqram olan büst antikvarçının yük maşınında  aparılan axtarış nəticəsində tapılıb. Klaudelin imzasını daşıyan və 1,3 milyon dollar dəyərində olan büst, 1999-cu ildə "Gueret" Sənət və Arxeologiya Muzeyindən oğurlanıb. "Gueret" Sənət və Arxeologiya Muzeyinin müdiri Katherin Uaçs-Genest, büstün 13 il sonra tapılmasının möcüzə olduğunu bildirib. Rodinin şagirdi və modeli olan Klaudel, 50-dən çox sənət əsəri təqdim edib, ancaq çox azına imza atıb. Klaudel, 30 il ruhi xəstəxanada qaldıqdan sonra 19 oktyabr 1943-cü ildə həyatını dəyişib.
Sizin Reklam Yeriniz