Əlaqə Arxiv
news Image
2014.06.06
16:40
| A A A
II respublika muğam festivalı keçiriləcək

Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II respublika muğam festivalı keçiriləcək. 

Festival muğam təhsilinin inkişafı, yeni istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, eləcə də onların dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi 2014-cü il üçün İş planına uyğun olaraq iyunun 11-dən 19-dək baş tutacaq.  


Festival 1 turdan ibarət olub, 2 qrup (I qrup – 5 illik təhsil üzrə II-IV siniflər,  II qrup – 5 illik təhsil üzrə V sinif və 11 illik təhsil üzrə VIII-XI siniflər) üzrə Bakı şəhərində keçiriləcək və 250-yə yaxın şagird sənəd verib 


İyunun 11-də Bakı şəhər Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində festivala start veriləcək. 


İştirakçılar festival çərçivəsində muğam, Azərbaycan xalq mahnısı, bəstəkar mahnısı, zərb muğam ifa edəcəklər.


Festival iştirakçılarının çıxışlarını Azərbaycan Milli Konservatoriyanın dosenti, Azərbaycan Dövlət Opera və Balet teatrının solisti,  Respublikanın xalq artisti Aygün Bayramovanın sədrliyi ilə  Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Respublikanın xalq artisti Zabit  Nəbizadə, Azərbaycan Milli Konservatoriyanın  müəllimi,  Respublikanın əməkdar artisti Gülyaz Məmmədova, Azərbaycan Milli Konservatoriyanın  müəllimi, respublikanın əməkdar artisti Firuz Səxavət, Xan Şuşinski Fondunun rəhbəri  Bəyimxanım Verdiyevadan ibarət münsiflər heyəti qiymətləndirəcək.  


Festival iştirakçılarının yekun konserti iyunun sonunda Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.


Sizin Reklam Yeriniz