news Image
2014.07.01
15:28
| A A A
Musiqili Teatr mövsümün bağlanışına hazırlaşır

Azərbaycan Dövlət Musiqili Teatrı 114-cü mövsümünü iyulun 5-də "Ər və arvad" tamaşası ilə başa vuracaq. Movqe.az xəbər verir ki, bağlanışın məhz bu tamaşa ilə olması xüsusilə əlamətdardır. Belə ki, milli opera janrının yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 1909-cu ildə yazdığı üç pərdəli "Ər və arvad" musiqili komediyası ilə Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Odur ki, bir ənənə olaraq hər il yeni mövsüm sentyabr ayının 18-də - Milli Musiqi Günü bu tamaşa ilə açılır və iyul ayında da bu tamaşa ilə başa çatır.


Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.


Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bizimlə söhbətində, bu ilin bağlanışının daha möhtəşəm olacağını bildirdi. Tamaşaçıların ən çox sevdikləri aktyorlar, ən çox sevilən tamaşada birlikdə səhnəyə çıxacaqlar. Xalq artistləri İlham Namiq Kamal (Mərcan bəy), Afaq Bəşirqızı (Minnət xanım), Fatma Mahmudova (Arvad), əməkdar artistlər Ələkbər Əliyev (Kərbəlayi Qubad), Əkbər Əlizadə (Səfi), Gülcahan Salamova (Gülpəri), Əliməmməd Novruzov (Aşpaz), Hüseyn Əlili (Suçu), Ağaxan şərifov (Süpürgəçi) əsas rollarda çıxış edəcəklər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs