Əlaqə Arxiv
news Image
2014.09.01
15:54
| A A A
Gənc Tamaşaçılar Teatrı mövsümü sentyabrın 20-də açacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 87-ci teatr mövsümünə sentyabrın 20-də Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış "Danışan gəlincik" tamaşası ilə start verəcək. Movqe.az APA-ya istinadən məlumat verir ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı əməkdar incəsənət xadimi Gövhər Həsənzadə, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva və başqaları iştirak edəcəklər.

Sizin Reklam Yeriniz