Əlaqə Arxiv
news Image
2014.09.02
17:15
| A A A
15 sentyabr xəbərdarlığı
Yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Bakı şəhəri ərazisində yerləşən bütün təhsil müəssisələri polisin tam nəzarətinə götürüləcək. Xüsusilə də yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək. Bu barədə ANS PRESS-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. Təhsil müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan sürücülərə qarşı sərt cəza tədbirlərinin görüləcəyini deyən bölmə rəisi bildirib ki, məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil sürücülərinə qarşı çox ciddi tədbirlər görüləcək. Onun sözlərinə görə, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 16-dan etibarən Bakı şəhərindəki orta və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərə baxış keçirilərək çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı üzrə bütün tədbirlər həyata keçiriləcək. Sürücülərə və avtomobil sahiblərinə müraciət edən Vaqif Əsədov qeyd edib ki, BŞDYP avtomobil sahibləri və sürücülərinə təhsil müsəssisələri istiqamətində şəxsi avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol nişanlarının tələbinin yerinə yetirilməlidir. Məktəblərin ətrafında dayandırılan nəqliyyat vasitəsi yolun daralmasına və avtomobili olmayan valideynlərə və şagirdlərə həmin təhsil müəssisəsi istiqamətində gediş-gəlişə çətinlik yaradır. Ona görə də avtomobili olanlar avtomobili olmayanlar barəsində də düşünməlidirlər.

Vaqif Əsədov həmçinin bildirib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən əlavə hansısa göstərişlər olarsa, onlar da yerinə yetiriləcək.
Sizin Reklam Yeriniz