Əlaqə Arxiv
news Image
2014.09.02
18:21
| A A A
Yardım Fondunun vəsaiti 765 min manata yaxın artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti 764 962 manat artıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Sentyabrın 1-i 2014-cü il tarixinə olan vəziyyətə görə, Silahlıq Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı hesabındakı vəsait 57 154 936 manat, ABŞ dolları ilə olan hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Artım yalnız manat hesabında olub. Dollar və avro hesablarına vəsait daxil olmayıb. Beləliklə, Fondun hesabındakı vəsaitin həcmi 73 milyon 77 min ABŞ dollarını ötüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Sizin Reklam Yeriniz