Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
"Miss Globe İnternational" müsabiqəsinin finalı Azərbaycanda keçiriləcək
 
 
news Image
2014.09.03
14:24
| A A A
"Miss Globe İnternational" müsabiqəsinin finalı Azərbaycanda keçiriləcək

"Miss Globe İnternational" müsabiqəsinin finalı sentyabrın 14-də ilk dəfə Azərbaycanda keçiriləcək.

Movqe.az məlumat verir ki, müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir.

Müsabiqə dünyanın 70-dən çox ölkəsinə yayımlanacaq. Hazırda müsabiqə iştirakçıları təşkilat komitəsinin nümayəndələrinin rəhbərliyi altında təlim keçirlər.

Təşkilatçılar bildiriblər ki, müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu da var. Müsabiqə "RGA" və "Z COMPANY 2007" şirkətləri tərəfindən təşkil edilib.

Qeyd edək ki, "Miss Globe İnternational" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda, daha sonra ABŞ, Malta, Kipr, Albaniya və digər ölkələrdə keçirilib. Müsabiqənin qaliblərindən biri Merilin Monro olub.