news Image
2014.09.04
16:31
| A A A
Gənc Tamaşaçılar Teatrı Gürcüstanda keçiriləcək beynəlxalq teatr festivalına qatılacaq
Oktyabrın 2-dən 8-dək Gürcüstanın beynəlxalq mədəni həyatında mühüm əhəmiyyət daşıyan Tbilisi Beynəlxalq teatr festivalı keçiriləcək.
Movqe.az AzərTAc-a istinadən məlumat verir ki, "Gürcüstan vitrini + Qafqaz və Qara dəniz bölgəsi yeni teatr marketi" (Georgian Showcase + New Market of Caucasia and Black Sea Region) adlı festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, festivalda yaradıcı heyət tərəfindən İsveç dramaturqu Lars Nurenin "Mən gəldim qızlar" tamaşası nümayiş olunacaq.