Bugün Milli Parkda konsert və atəşfəşanlıq olacaq
Movqe.Az xəbər verir ki, 14 iyul tarixində
Dənizkənarı Milli Parkda konsert və atəşfəşanlıq gözlənilir. Artıq
dünəndən Milli Parkda səhnənin quraşdırılma işləri başa çatmışdır.
Bu konsert Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə
gəlməsinin ildönümünə həsr olunacaq. Konsert yerli vaxtla 21:00
Saat qülləsinin yanında başlayacaq. Konsertin sonunda atəşfəşanlıq
olacaq.