Əlaqə Arxiv
news Image
2014.09.09
09:05
| A A A
Rayonlarda dərinləşən kinoklub problemi
Yusif Şeyxov: “Bakıdan kənarda heç bir yerdə kinokluba rast gəlməmişəm”

Yeddinci sənət növü olaraq qəbul edilən kinonun həyatımızdakı yeri əvəzedilmədir. Film izləmək sadəcə boş vaxtımızı keçirmək üçün vasitə deyil, həm də bizə yaşamadığımız, bilmədiyimiz həyatlar və insanlar haqqında informasiya verir. Texnologiyanın inkişafı ilə film izləmək artıq çox asandır. Müxtəlif televiziya kanalları, internet saytları və kinoteatrlar bizə bu işdə kömək olan əsas vasitələrdəndir. Lakin bir filmi izləyib onu ətrafındakılarla müzakirə etmək həmin filmi daha yaxşı dərk etməyə kömək edir. Bu məsələdə isə kinoklubların xidməti əvəedilməzdir. Təəssüf ki, ölkəmizdə kinoklubların sayı azdır, xüsusilə də rayonlarımızda onlar demək olar ki, yox dərəcəsindədir. Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, ssenarist və aktyor Yusif Şeyxovla əlaqə saxladıq. Müsahibimiz də ölkəmizdə kinoklublara olan marağın az olmasından olduqca təəssüfləndiyini qeyd etdi: "Kino sahəsi elə bir sahədir ki, onu heç nə ilə əvəz etmək olmaz. Bu sahə insanları mənəvi olaraq tərbiyə edir, zövqləri formalaşdırır. Bu işdə kinoklubların rolu isə çox böyükdür. Çünki məhz belə yerlərdə insanlar bir yerə toplaşıb film izləyə bilir və daha sonra həmin filmi müzakirə edirlər. Xarici ölkələrdə bu təcrübə çoxdan mövcuddur. Ölkəmizdə isə son 10-15 ildə yayılmağa başlayıb. Mən özüm Bakıda bir neçə kinoklub tanıyıram, lakin Bakıdan kənarda heç bir yerdə kinokluba rast gəlməmişəm".

Yusif Şeyxov rayonlarda kinoklubları yaratmaq üçün həvəskarların təşəbbüs göstərməyini lazım görür: "Kinoklub yaratmaq elə də böyük maliyyə tələb etmir. Bunun üçün kino sahə ilə bağlı məlumatı olan insanlar məkan tapıb təşkilatçılıq edərək insanları bir araya toplamalıdırlar. Kinoteatrlarda filmi hamı izləyir. Kinoklublarda isə yalnız bu sahədə məlumatı olanlar toplanır. Birlikdə film izləyib, daha sonra həmin filmi müzakirə etməyin yerini isə heç nə vermir".

Sizin Reklam Yeriniz