Əlaqə Arxiv
news Image
2014.10.08
16:57
| A A A
“Yeddi Gözəl” baleti ABŞ-da nümayiş olunacaq

Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkarımız Qara Qarayevin "Yeddi Gözəl" baletinin tamaşası keçiriləcək.

Movqe.az APA-ya istinadn xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən səhnələşdirmə "Yeddi Gözəl" baletinin Amerikada ilk premyerası olacaq. Tamaşa ABŞ-ın ən böyük opera teatrlarından olan, 3 min tamaşaçı tutumuna malik San Dieqo Şəhər Teatrında (San Diego Civic Theater) keçiriləcək.

Tanınmış San Dieqo Baleti tərəfindən Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqoda səhnələşdirilən "Yeddi Gözəl" baletinə amerikalılar tərəfindən böyük maraq müşahidə olunur. Baletin musiqisi San Dieqo şəhərində fəaliyyət göstərən nüfuzlu Grossmont Kollecinin orkestri tərəfindən ifa ediləcək. Tamaşanın xoreoqrafı San Dieqo Baletinin direktoru, yüksək mükafatlar laureatı Xavier Velasko, dirijoru isə Dr. Randal Tviddir. Bütün rollar amerikalı balerin və balerinalar tərəfindən ifa ediləcək.


Sizin Reklam Yeriniz