news Image
2012.07.23
10:14
| A A A
Azərbaycanın Ağsu şəhərində XVI əsrə aid qədim məscid tapılıb - FOTOLAR

Movqe.Az xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəhbərliyi rayon sakinlərinin şifahi məlumatı əsasında Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki türbə yerinə baxış keçirərkən orada ayrı-ayrı vətəndaşlara verilmiş yeni həyətyanı sahələrində ağır texnika ilə hamarlama işləri aparılarkənüzə çıxmış orta əsrlərə aid möhtəşəm tikinti qalıqlarının olduğunu müəyyənləşdirib. Bu barədə Movqe.Az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu Arxeoloji Ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev məlumat verib.

Olayla bağlı aidiyyəti orqanlara məlumat verilib və orada hər növ inşaat işlərinin dayandırılması tövsiyyə olunub. Həyətyanı sahiblərinə isə başqa yerdə torpaq sahəsi verilib.

Abidəni xilas etmək məqsədilə ilkin arxeoloji kəşfiyyat qazıntıları aparılarkən səliqə ilə yonulmuş iri ölçülü mədən daşlarından istifadə olunmaqla qiblə istiqamətində tikiləndüzbucaqlı formasındabinanın bünövrə hissəsi aşkara çıxarılıb. Bina təqribən 400 kv.m.-ə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçikölçülü, çoxsaylı otaq-hücrələrdən ibarətdir.

Kəşfiyyat qazıntısı zamanı aşkar edilmiş tapıntılar içərisində həndəsi və nəbati elementlərlə bəzədilmiş nəfis kaşı nümunələri üstünlük təşkil edir. Memarlıq xüsusiyyətləri, qiblə istiqamətində tikilməsi, rəngli kaşılarla bəzədilməsi, ətrafında hər birinin içərisində ocaq qalıqları qeydə alınan otaq-hücrələrinin mövcudluğu aşkar olunan binanın daha çox məscid olması ehtimalını artırır. Xatırladaq ki, Azərbaycanı Öyrənən və Tədqiq edən Cəmiyyətinin əməkdaşı Cəmil Aleksandroviç-Nasifinin 1926-cı ilə aid məlumatında Ağsuda Şamaxı Cümə məscidinin yaşıdı və tamamilə ona bənzər möhtəşəm məscidin olduğu bildirilir. Nasifinin qeydlərində, həmçinin Şıxməzid türbəsi haqqında da məlumat verilir. Rayonun yaşlı sakinlərinin dediyinə görə Şıxməzid məscidi və türbəsi 30-cu illərdə sovet rejimi tərəfindən həyata keçirilən "mədəni inqilab" tədbirləri çərçivəsində dağıdılıb.

İlkin tədqiqatlar zamanı üst qatdan aşkar olunmuş tapıntıların təhlili göstərir ki, Şıxməzid məhəlləsindəki məscid XVI əsrin II yarısından intensiv istifadədə olub.

Əfsuslar olsun ki, tədqiqatların davam etdirildiyi bir vaxtda, həm də ətrafının rəngli lentlərlə bağlanmasına və qorunmasının zəruri olduğu barədə bütün yerli orqanlara müvafiq xəbərdarlıq olunmasına baxmayaraq,su və kanalizasiya xətti üçün xəndək qazan AS Şirkətlər Qrupunun inşaatçıları tərəfindən abidə növbəti dəfə çox ciddi dağıntıya məruz qalıb.

Dözülməz haldır ki, inşaatçılar həttaarxeoloqlarınərazidə tədqiqedərəkaşkara çıxarmış olduqlarıtikinti kompleksinəaid divar, mədənitəbəqə və istehsalatqalıqlarını ekskavatorladağıdaraq ətrafa səpələyiblər.Xatırladaq ki, bir müddət əvvəl həmin şirkətin inşaatçıları rayonun Kəlağaylı kəndi ərazisində su xətti üçün xəndək qazarkən I-III əsrlərə aid nadir alban mədəniyyəti nümunələrini də dağıdıblar.

Törədilmiş dağıntılarla bağlıekspedisiya rəhbərliyitərəfindən aidiyyatı orqanlara, o cümlədən Ağsu Rayon Prokurorluğuna məlumat verilib.

Qeyd:

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununda deyilir: " İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.

Bu halda inşaat və digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər. İnşaat və digər təsərrüfat işləri tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir".

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində deyilir: "Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar".






Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs