news Image
2012.07.23
19:14
| A A A
Misirdə ehramların sökülməsi təklif edildi...

Misirdə inqilab dövründə ortaya çıxan müsəlman Vahid Birlik Partiyasının sədri Abdel Lətif əl-Mahmud ölkənin yeni seçilmiş prezidenti Məhəmməd Mürsiyə müraciət edib. 

Lent.az-ın "Vesti FM" radiosuna istinadən verdiyi məlumata görə, Abdel Lətif əl-Mahmud Misir prezidentindən ölkədəki bütün ehramların "büdpərəstlik mədəniyyətinə məxsus lazımsız abidələr" olduğu üçün sökülməsini təklif edib. 

Qeyd edək ki, bir çox radikal müsəlmanlar əvvəllər də bəyan ediblər ki, YUNESKO-nun siyahısında yer alan bu qədim ehramlar bütpərəst abidələridir və xarici turistləri cəlb edir. Onlara görə, turistlər də ölkəyə yad mədəniyyət və etiqad gətirdikləri üçün bu abidələri məhv etmək lazımdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs