Əlaqə Arxiv
news Image
2015.01.28
13:10
| A A A
Vaqif Səmədoğlu vəfat etdi

Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu vəfat edib

Movqe.az xəbər verir ki, bu gün uzun sürən xəstəlikdən sonra Azərbaycanın xalq şairi Vaqif Səmədoğluvəfat edib.

Vaqif Səməd oğlu Vəkilov1939-cu iliyunun 5-dəBakışəhərində, məşhur Azərbaycan şairiSəməd Vurğununailəsində anadan olub. Bülbül adına Musiqi Məktəbində,Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasındatəhsil alıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971) olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc edilib. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, "Oğuz eli" qəzetinin baş redaktoru olub (1992-1994). 2000-2005-ci illərdə AzərbaycanınMilli Məclisinin üzvü olub.

Allah rəhmət eləsin.

Sizin Reklam Yeriniz