news Image
2012.08.03
12:40
| A A A
Pəhləvinin müasir sənət kolleksiyası sərgilənib

Movqe.az xəbər verir ki, İslam İnqilabıyla 1979-cu ildə İrandan sürgün edilən Şah Rza Pəhləvinin həyat yoldaşı Farah Diba Pəhləvinin müasir sənət kolleksiyası ilk dəfə Tehranda sərgilənib. "Guardian" qəzetinin "ABŞ və Avropa xaricində ən geniş müasir sənət kolleksiyası" deyə xarakterizə etdiyi əsərlər arasında Cackson Pollok, Françis Bakon, Andi Varhol, Edvard Maç və Rene Magritte"nin əsərləri göz oxşayır. Hər biri milyon dollar dəyərində olan əsərlər "İslama zidd, pornoqrafik və eynicinsli" məzmunlu əsərlər olaraq qruplaşdırılıb 30 il kimi uzun bir müddət  Tehrandakı köhnə müasir sənət muzeyinin zirzəmisində çürüməyə məhkum edilmişdi. Təkcə Pollokun "Mural on Indian Red Ground" adlı əsəri 250 milyon dollardan çox dəyərə malikdir. Muzey müdiri Hasa Noferesti "məqalələr ilk dəfə, müxtəlif sənət cərəyanlarını göstərmək üçün sərgilənir" deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs