news Image
2015.04.03
12:45
| A A A
Məlahət Abbasova “İlin ən yaxşı rejissoru” oldu

Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyevin "Şekspir" əsəri əsasında səhnələşdirilmiş eyni adlı tamaşa Taksim-Bebek Rotary Klubu tərəfindən üçüncü Rotary teatr mükafatına layiq görülüb. Movqe.az xəbər verir ki, bu, əməkdar incəsənət xadimi Məlahət Abbasovanın səhnə tərtibatı ilə quruluş verilən tamaşanın layiq görüldüyü sayca 10-cu mükafatdır. Klubun qərarı ilə Məlahət Abbasova "İlin ən yaxşı rejissoru", tamaşada tibb bacısı rolunu ifa edən aktrisa Ezgim Kılınç isə "İlin ən yaxşı köməkçi qadın aktrisası" nominasiyalarında mükafatlara layiq görülüblər. Tamaşa yüksək səhnə dekorasiyasına görə də üç müxtəlif teatr mükafatı ilə təltif olunub.Xatırladaq ki, "Şekspir"in Türkiyədə səhnələşdirilməsi əsəri qardaş ölkədə böyük sürətlə tanıdıb. Tamaşa İstanbulun ən mötəbər teatr səhnələrində maraqla oynanılmaqda və baxılmaqdadır. Təkcə ötən il tamaşada oynayan 5 aktyor "İlin ən yaxşı aktyoru" mükafatına sahib olub. Tamaşanın musiqilərinin müəllifi Aygün Səmədzadədir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs