Əlaqə Arxiv
news Image
2015.04.06
15:55
| A A A
Kamal Abdulla 15 müəllimə sertifikat verdi
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin universitetlərdə tədrisi üçün kadrların hazırlanması məqsədi ilə təşkil etdiyi təlimlərin birinci mərhələsi başa çatıb.

Movqe.az-ın məlumatına görə, Mərkəzdən Lent.az-a verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən müşavirədə təlimlərdə iştirak edən 15 müəllimə sertifikatlar təqdim olunub. Təlimlərin birinci mərhələsində Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin müəllimləri və Prezident yanında Strarteji Araşdırmalar Mərkəzinin nümayəndəsi iştirak ediblər. Təlim iştirakçıları Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası nümayəndələrinin Azərbaycan multikulturalizminin tarixi və müasir dövrü, Azərbaycan Respublikasının multikulturalizm siyasəti barədə mühazirələrini dinləyiblər. Təlimlər dörd mərhələdən ibarətdir və hər biri iki ay boyunca davam edir. Mühazirələr hər həftənin şənbə günü Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində həyata keçirilir. Hər mərhələnin sonunda təlim iştirakçıları Multikulturalizm Mərkəzinin sertifikatlarını əldə edir və növbəti semestrlərdə "Azərbaycan Multikulturalizmi" fənnini tədris edən müəllimlərin sırasına qoşulur.

Sizin Reklam Yeriniz