Əlaqə Arxiv
news Image
2012.08.19
20:18
| A A A
Yaxın vaxtlarda Avstriyada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq
Elmar Məmmədyarov bu ölkənin xarici işlər naziri ilə görüşündə yenilik haqda fikir mübadiləsi aparıb

Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Salzburq şəhərində keçirilən Salzbur trilogiyası konfransında iştirakı çərçivəsində bu ölkənin xarici işlər naziri Michael Spindelegger ilə görüş keçirib.

ANS PRESS-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı nazirlər tərəfindən Azərbaycan və Avstriya arasındakı münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb və iki ölkə arasında iqtisadi, enerji va mədəniyyət sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.
Görüş əsnasında Azərbaycandakı Avstriya şirkətlərinin fəaliyyətindən məmnunluq ifadə edilib. Nazirlər parlamentlərarası münasibətlərin inkişafi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsi və bu səfərlərin artmasının daha da təşviq edilməsi vacibliyini vurğulayıblar. Həmçinin digər sahələrdə də müxtəlif səviyyələrdə səfərlər mübadilələrinin həyata keçirilməsi zəruriliyi qeyd edilib. Avstriyanın xarici işlər naziri həmkarı Elmar Məmmədyarovu Avstriyaya rəsmi səfər etməyə dəvət edib.
Görüş zamanı nazir Məmmədyarov Avstriyada Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, bu ölkədə yaxın bir zamanda Azərbaycan Mədaniyyət Mərkəzinin fəaliyyətə başlayacağını bildirib.
Nazir Elmar Məmmədyarov görüşdə Ermənistan - Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu barədə avstriyali həmkarına məlumat verib.

Sizin Reklam Yeriniz